Xəbər lenti

“Bu addım Zelenskinin sonunu gətirə bilər” - Politoloq
Dünya 17:00 04.07.2023

“Bu addım Zelenskinin sonunu gətirə bilər” - Politoloq

"Qərb Zelenskini xərcləmək istəyir, o isə bunu görmür”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ukrayna prezidentinin Gürcüstanın Kiyevdəki səfirindən 48 saat ərzində Ukraynanı tərk etməsini tələb etməsini şərh edərkən deyib.

"Əslində, Zelenskinin atdığı addımlar o qədər də ölçülüb-biçilmiş addımlar deyil. İndiki situasiyada onun Gürcüstanı özünə düşmən etməsinə ehtiyac yox idi. Gürcüstanın da problemi var, Rusiya onun da ərazisini işğal edib. Zelenski bu hərəkərilə guya yeni cəbhənin açılmasına çalışır. Əslində isə bu, yanlış yanaşmadır. Zelenski bu addımı daha çox Saakaşvili ilə bağlı olaraq atır. Amma Saakaşvili ilə bağlı qərarı Tiflis verməyib, qərarı Qərb verib. Ondan lazım olan qədər istifadə etdilər. Bu səbəbdən indi o oyundan çıxmalı idi. Zelenski isə düşünür ki, Saakaşvili amilindən yararlana biləcək. O son zamanlar ciddi siyasi səhvlər buraxır. Bu da Zelenskinin sonunu gətirə bilər. Əslində, Qərb də Rusiya ilə üz-üzə gəlməmək üçün Zelenskini xərcləmək istəyir. Ukrayna Prezidenti isə bunu görmür”, deyə politoloq bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan səfirindən Mixael Saakaşvilinin məhkəməsi ilə bağlı Tiflis ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi tələb edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->