Xəbər lenti

Bu aparatlardan istifadə edənlər 15 manat rüsum ödəyəcək
Ekonomiks11:38 01.05.2025

Bu aparatlardan istifadə edənlər 15 manat rüsum ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PUA-larla bağlı yeni dövlət rüsumları müəyyənləşir.
 
Qaynarinfo xəbər verir ki, bu, Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi,  məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qafqaz Rafiqoğlu