Xəbər lenti

Bu aviaşirkət də Bakıya uçuşlara başlayır
Ekonomiks14:20 06.06.2021

Bu aviaşirkət də Bakıya uçuşlara başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Anadolujet” aviaşirkəti iyunun 20-dən etibarən Antalyadan paytaxt Bakıya həftədə iki dəfə olmaqla uçuşlara başlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Türkiyə Hava Yolları” məlumat yayıb.
Bildirilib ki, uçuşlar şirkətin xarici səfərlərin miqyasını genişləndirməsi çərçivəsində baş tutur.
İyunun 20-dən Antalya-Bakı Heydər Əliyev Hava Limanı arasındakı uçuşlar çərşənbə axşamı və bazar günləri baş tutacaq.
Vurğulanıb ki, 31 mart 2022-ci ilə qədər alınan biletlərdə cərimə ödəmədən dəyişiklik etmək mümkündür.