Xəbər lenti

Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlandı (STATİSTİKA)
Ölkə08:30 29.01.2020

Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlandı (STATİSTİKA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.
Bunu "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.
E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən, müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.
DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər, əsasən, Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır:
"Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.