"Fasadları və dam örtükləri dəyişdirilmiş binalardakı mənzillərin qiymətində artım müşahidə olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Ekspert bildirib ki, həmin binalardakı mənzillərin qiyməti yol kənarında fəsadları dəyişdirilməyən binalardakı mənzillərin qiymətindən 10-15% fərqlidir:
"Bakıda əsasən yol kənarında olan binaların fəsadları və dam örtüyü dəyişilib. Bu prosesə isə 2015-ci ildə Avropa oyunlarından əvvəl Bakıda bir çox binaların fəsadları və dam örtüyünü dəyişməklə başlanıldı. Hətta bir neçə binaların fəsadlarında yanğın baş verdi. Məqsəd isə şəhərin görkəmini yaxşılaşdırmaq idi. Ona görə də yol kənarında olan binaların fəsadlarını dəyişdilər".
Elnur Əsədov yolun kənarında olmayan evlərdə bu kimi işlərin aparılmadığını qeyd edib:
"70-ci illərdən sonra inşa olunan bir çox 9 mərtəbəli binların fəsadları dəyişilib. Elə biinalar var ki, fəsadı, dam örtüyü, bloklarına kimi təmir olunur. Həmin binlar hələ köhnəlməyib, standartlara cavab verir. Həmin binalara da təlabat var. Bu gün belə binalardan mənzil alanların sayı çoxdur. Amma elə binalar da var ki, köhnəlib, onun heç bir yerində bərpa işlərinin aparılmasına ehtiyac yoxdur”.
Bahar Rüstəmli