
Şirvandan da bahalaşma xəbəri gəldi.
Mərkəzi Bankın manatın devalivasiyası ilə qərarı ölkədə bahalaşma dalğası yaradıb. Ölkəboyu çörəkdən savayı bütün məhsulların qiyməti 30-35 faiz artıb.
Şirvandan aldığımız məlumatda deyilir ki, şəhərin Məmməd Əmin Rəsulzadə prospektində yerləşən “Elit” ticarət mərkəzində qiymətlər qaldırılıb.
Sakinlər deyir ki, Şirvan şəhərinin ən böyük ticarət mərkəzi hesab olunan “Elit”də əsasən ərzaq məhsulları satılır. Mərkəzi Bankın qərarından dərhal sonra şəhərdəki digər mağazalarda qeyri-müəyyən vəziyyət yaranıb, “Elit”də isə çörəkdən savayı bütün malların qiyməti artıb.
Müştərilərdən biri üzərinə “bu da bahalaşmanın fotosu” qeydi ilə qaimə göndərib. Bildirib ki, qərardan əvvəl 1 manat 70 qəpiyə satılan “Kent” siqareti bu gün 2 manat 40 qəpiyədir. //musavat.com
Qaynar.info

