Xəbər lenti

Bu da son: "Xəzər Lənkəran" rəsmən Premyer Liqa ilə vidalaşdı
İdman15:04 20.05.2016

Bu da son: "Xəzər Lənkəran" rəsmən Premyer Liqa ilə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Premyer Liqasında son turun görüşləri keçirilir.

Qaynarinfo.az xəbər verir ki, turun ən vacib görüşlərindən biri Bayılda baş tutub.

Belə ki, orda "Rəvan"la "Xəzər Lənkəran" sonuncu olmamaq üçün mübarizə aparıb. Bakı komandasına aşağı dəstəyə düşməmək üçün heç-heçə də sərf edirdi.

Oyunun əvvəlləri "Xəzər Lənkəran"ın istədiyi kimi başlayıb. Belə ki, 2-ci dəqiqədə Bayram Budaqov hesabı açıb. İbrahim Qədirzadə 66-cı dəqiqədə hesab arasındakı fərqi 2-yə çatdırıb. Lakin 76-cı dəqiqədən sonra "Rəvan" istəyinə çatıb. Həmin dəqiqədə milliyyətcə ərəb, lakin Ukrayna vətəndaşı olan Yasin Həmid fərqi azaldıb, daha sonra baş hakim Ramil Diniyev "Xəzər Lənkəran"ın qapısına mübahisəli penalti təyin edib. Millimizin sabiq futbolçusu Ramazan Abbasov 82-ci dəqiqədə hesaba tarazlıq gətirib. 2:2 hesabı isə o deməkdir ki, 1 dəfə Azərbaycan çempionu olmuş "Xəzər Lənkəran" rəsmən Premyer Liqa ilə vidalaşıb.

Turun digər görüşlərində "Qəbələ" Gəncədə "Kəpəz"i, "İnter" isə öz meydanında gümüş mükafatçı "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. Bununla da "Qəbələ" "İnter"lə eyni xal (59) toplasa da, şəxsi oyunlara görə ötən il olduğu kimi, bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, çempionatın son görüşlərində hazırda çempion "Qarabağ" AZAL-ı, "Sumqayıt" isə "Neftçi"ni qəbul edir. "Azərsun Arena"dakı oyundan sonra Ağdam klubuna çempionluq kuboku və qızıl medallar veriləcək.

Qaynarinfo.az