Xəbər lenti

Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir - Deputat
Ekonomiks06:41 30.09.2021

Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxları üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bir arzu kimi görünürdü:
"Beynəlxalq Hava Limanında son tamamlanma işləri aparılır. Cəmi 9 ay ərzində hava limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir. Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı "Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda daha geniş anlamda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək".
Vüqar Bayramov onu da əlavə edib ki, işğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir: 
"Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir". 
Bahar Rüstəmli