Xəbər lenti

Bu ərazilərdə elektrik enerjisi fasilələrlə veriləcək - 4 GÜN
Ekonomiks11:15 18.11.2018

Bu ərazilərdə elektrik enerjisi fasilələrlə veriləcək - 4 GÜN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumatda bildirilib.
Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyır.
Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.