Xəbər lenti

Bu, Ermənistanı tamamilə məhv edə, batıra bilər... - Ekspert
Ölkə08:26 07.10.2020

Bu, Ermənistanı tamamilə məhv edə, batıra bilər... - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənilər Azərbaycanın böyük iqtisadi layihələrini sıradan çıxarmağı qarşılarına məqsəd qoyublar”.

BunuQaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseyinli Ermənistan silahlı qüvvələrinin Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmaq cəhdini şərh edərkən deyib. Politoloq qeyd edib ki, ermənilər yaxşı başa düşürlər ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərindən gəlir:

"Üstəlik onun yaxınlığında TANAP Qaz layihəsi də var. Ermənilər Azərbaycanın böyük iqtisadi layihələrini sıradan çıxarmağı qarşılarına məqsəd qoyublar. Amma bu, ermənilərin özü üçün çox təhlükəlidir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə bizim deyil, onun operatoru Amerika-İngiltərəyə məxsus olan BP-şirkətidir. Həmin kəmərlər Amerikanın süni peykləri vasitəsi ilə izlənilir. Bu nöqteyi-nəzərdən kəmərin vurulması elə də asan deyil”.

Qabil Hüseyinlinin fikrincə, Bakı-Tbilisi-Ceyhan layihəsinə ziyan dəyərsə, bu, ermənilərinə qarşı Avropa dövlətlərinin, xüsusu ilə də Amerika-İngiltərənin nifrətini birə beş artıracaq:

"Bu baxımdan Avropa dövlətləri heç zaman istəməzlər ki, bu kəmərə ziyan dəysin. İkinci bir tərəfdən isə Bakı-Tbilisi-Ceyhan ciddi şəkildə qorunur. Əgər belə bir hadisə baş verərsə, bunun cəzası çox ağır olacaq. Bu Ermənistanı tamamilə məhv edə, batıra bilər. Onları bu işə sövq edən ruslardır. Onların özünə qarşı da ağır cəzalar görülə bilər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa cəhd göstərib.

Bahar Rüstəmli