Xəbər lenti

Bu futbolçu reklamdan 700 min avro qazanıb
İdman12:49 02.05.2014

Bu futbolçu reklamdan 700 min avro qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbolçunun stadiondan kənar qazancı 6 milyon avrodur

Azərbaycanda da kifayət qədər məşhur olan Arda Turanın stadiondakı uğurları onun büdcəsinə də təsir edib. ANS PRESS-in məlumatına görə, "Atletiko Madrid"də 3,7 milyon avroya imza atan türk futbolçu stadiondan kənar qazancını 6 milyon avroya çatdırıb. 

A.Turan sərmayələrini daşınmaz əmlak və ya e-ticarət sahəsinə yönləndirir. "Atletiko Madrid"ə transfer olandan sonra o bir çox markanın reklam siması olub. 

Türk futbolçu aşağıdakı markaların reklam simasıdır: 

Türkiye Finans

Simit Sarayı

DeFacto

Turkcell

Clear

Bank of Azerbaijan

Gənc futbolçu "Atletiko Madrid"dən ildə 3,5 ("Qalatasaray"dan 12 milyon qazanıb) milyon avro qazanc əldə edir. Klubundan qazandığı mükafatlar 1,3 mln. avro, reklamlardan 700 min avro qazanıb. 

Transfermarket saytının dəyərləndirməsinə görə, Turanın qiyməti 25, oynadığı klubunki isə 282 milyon avrodur. 

Qaynar.info