Xəbər lenti

Bu gecə hamı oyaq qalacaq
İdman05:54 16.06.2014

Bu gecə hamı oyaq qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada keçirilən futbol üzrə XX Dünya Çempionatının beşinci günü, “G” qrupu üzrə, çempionatın favoriti olan Almaniya yığması (baş məşqçi Lev Yoaxim) Portuqaliya yığması (baş məşqçi Paulu Bentu) ilə, “F” qrupu üzrə İran (baş məşqçi Keyroş Karluş) və Nigeriya (baş məşqçi Keşi Stiven) yığmaları görüşəcəklər. 

“G” qrupu üzrə oyun Bakı vaxtı ilə saat 21:00-da, “F” qrupu üzrə oyun isə 23:00-da yayımlanacaq.

Qana və ABŞ yığmalarının görüşü isə Bakı vaxtı ilə 17 iyun saat 03:00-da yayımlanacaq.

Qeyd edək ki, oyunlar Salvador, Natal və Kuritiba şəhərlərində, Fonte-Nova, Arena Bayşada, Arena Das Dunas satdionlarında keçiriləcək.

Qaynar.info