Xəbər lenti

“Bu gerizəkalı axmaq görün hansı yolu seçib?”
Ölkə12:51 27.08.2013

“Bu gerizəkalı axmaq görün hansı yolu seçib?”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya etdiyi müraciətə sərt reaksiya verib.

Qaynar.info Qafqazinfo-ya istinadən E. Sabiroğlunun təqdim etdiyi cavaba heç bir şərh əlavə etmədən təqdim edir:

“Həmişə çalışmışam ki, mətbuata çıxarkən müəyyən olunmuş qırmızı xəttin üzərindən adlayıb ictimaiyyətin qəbul edə bilmədiyi tərzdə danışmayım. Ən həssas anlarda belə bu prinsipi qoruyaraq kimsənin şəxsiyyətinə toxunan ifadələrdən bir qayda olaraq qaçmışam. Hətta şəxsimə lazım olmayan atmacalar da işlədilib, yenə təmkinimi pozmamışam.

Ancaq indi Yaşar Cəfərli adlı bir müqəvvanın rəhbəri olduğu informasiya saytında yerləşdirdiyi yazını oxuyanda dəhşət məni bürüdü. Əvvəlcə gözlərimə inanmadım, təkrar bir də oxudum. Doğrudan, Allah adamın ağlını alanda necə rəzil, bədbəxt günə düşərmiş. Məgər dissident olmaq üçün bu dərəcədə alçalmaqmı olar? Xəcalət, abır-həya hissi keçirməyən bu gerizəkalı axmaq öz dar düşüncəsi ilə Azərbaycanın Müdafiə Nazirliyini guya biabır etmək üçün görün hansı yolu seçib? Adamda üz olsa, bundan sonra gərək dost-tanışın, qonum-qonşunun, hətta qohum-əqrəbanın üzünə çıxmayasan. Bəli, üz olsa...

Cəfərli baxın, Müdafiə Nazirliyinin “işi və burada gedən proseslərlə” bağlı kimlərə müraciət məktubu göndərir? ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Con Kerriyə, müdafiə katibi Çak Heygelə və bir də ABŞ-ın Azərbaycandakı səfiri Morninqstara. Əslində beləsinə adamın yazığı gəlməlidir. Yaxşı, əldə daima alət olub tullanan bu Cəfərlinin ağlının işləməməsini başa düşdük, bəs onu belə yaramaz yola təhrik edən sifarişçinin vicdanına nə gəlib? Məlum ünvanlardan imdad diləyən bu Azərbaycan vətəndaşı (haram bu ad ona) bu yaşda hələ anlamır ki, onun özünün dövləti var, ən çətin məqamlarda belə iç məsələləri, xüsusən ordu ilə bağlı uydurmalar olsa belə bu “problemləri” daxildə çözməlisən. Bunu ən azı bayaq dediyim vətəndaşlıq əxlaqı tələb edir. Yaşar Cəfərlidən bunu gözləməkmi olar?! İndi ona nə ad verək: məgər satqının buynuzu olur?! İnanın, mən bununla qarşıma heç də nazirimi müdafiə etmək məqsədi qoymamışam. Əslində onun ordudan biabırcasına, rüşvətxor qismində qovulmuş Yaşar kimisindən müdafiəsinə heç ehtiyacı yoxdur. Məni bu cavabı yazmağa məcbur edən başlıca səbəb aramızda hələ də xaricin pulları hesabına boya başa çatan, ayağı yer tutan milli satqınların mövcudluğudur. Onlar cəmiyyətimiz üçün zərərli və təhlükəli ünsürlərdir. Belələri əlbəttə ki, dünyanın böyük dövlətinin müdafiə nazirinin öz azərbaycanlı həmkarını təntənəli şəkildə, fəxri qarovulla qarşılamasını həzm edilə bilmirlər. Ona görə də partdamaya düşüblər. Çünki Yaşar kimilər Azərbaycançılıq hissindən, vətən-millət təəssübkeşliyindən çoxdan uzaq düşmüş vintçiklərdir. Onları hər zaman, hər dəqiqə istənilən tərəfə fırlatmaq mümkündür. Əks təqdirdə düşmən ermənini təəccübləndirdiyi kimi Azərbaycanın müdafiə nazirinin Amerika Birləşmiş Ştatlarında protokola uyğun qarşılanması Cəfərlini də təəccübləndirməzdi... Bu müqayisəmdə hər hansı fərq varsa, topa tutmağa ixtiyarınız var. Lakin yenə də işlətdiyim ifadələrə görə yalnız və yalnız mətbuatdan, onun cəfakeş nümayəndələrindən, bir də əziz oxucudan üzr diləyirəm. Hələlik deyəcəyim bu qədər”.

Qaynar.info