Xəbər lenti

Bu gün 5 cüdoçumuz mübarizəyə qoşulacaq
İdman06:24 02.04.2022

Bu gün 5 cüdoçumuz mübarizəyə qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Antalyada cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
 
Qaynarinfo xəbər verir ki, bu gün tatmi üzərinə 5 cüdoçumuz çıxacaq. 
Qadın cüdoçularımızdan Günel Həsənli bolqarıstanlı Lidya Brançeva ilə görüşəcək.
Kişilər arasında -73 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Rüstəm Orucov bolqarıstanlı Denislav İvanov ilə kubalı Hektor San Roman Çavez arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
Tatmiyə çıxacaq digər kişi cüdoçularımızın rəqibləri aşağıdakılardır:
-73 kq. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)
-81 kq. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
-81 kq. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)
Yarışın üçüncü günündə qadınlar arasında -78 kq. və +78 kq., kişilər arasında isə -90kq., -100 kq. və +100 kq. çəki dərəcələrində idmançılar medallar uğrunda mübarizə aparacaq. 
İlk yarış günündə tatamiyə çıxmış 7 cüdoçumuzun heç biri medal qazana bilməyib.
Səbuhi Həsənov