Xəbər lenti

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
İdman05:56 31.05.2022

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün, saat 17:00-da, "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunacaq.
1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi
2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, "Turan-Tovuz” və "Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi
3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
6. Digər məsələlər
Səbuhi Həsənov