Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.
Qaynarinfo xəbər verir ki, toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.
AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.
Ramiz Mehdiyevin istefası qəbul olunub. Ümumi yığıncağının qərarına əsasən, AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/-0Z_0BiBQUI" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
10.00
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.
Qaynarinfo xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.
Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.