Xəbər lenti

Bu gün Azərbaycan derbisi var
İdman05:37 27.02.2023

Bu gün Azərbaycan derbisi var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, turun sonuncu matçında lider "Qarabağ”la əzəli rəqibi "Neftçi” qarşılaşacaq. Azərbaycan derbisi saat 20.00-da başlayacaq. "Azersun Arena”da baş tutacaq matçı Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Avrokuboklarda mübarizəni dayandıran Ağdam klubu Azərbaycan derbisində qazanılacaq qələbə ilə Belçikadakı uğursuzluğu unutdurmağa çalışacaq. "Neftçi” isə əzəli rəqibinin zirvədəki mövqeyini daha da möhkəmləndirməməsi üçün əlindən gələni edəcək. Ağdamlılar qalib gəlməklə xal fərqini 11-ə yüksəldə və liderliyini daha da möhkəmlədə bilərlər.
"Neftçi” "Qarabağ”la matçlardakı uğursuz seriyaya son qoymağa çalışacaqlar. Bu komandaların çempionatdakı son 6 duelindən Qurban Qurbanovun kollektivi qalib ayrılıb. "Neftçi” axırıncı dəfə 2021-ci ilin mayında - iki il əvvəl əzəli rəqibini məğlub etməyi bacarıb.
Qeyd edək ki, turun digər oyunlarında "Zirə” "Turan Tovuz”u (2:0), "Kəpəz” "Sumqayıt”ı (2:1) səfərdə, "Şamaxı” "Sabah”ı (2:1) evdə məğlub edib, "Səbail” - "Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.
Premyer Liqa
XXIV tur
27 fevral
20.00 Qarabağ - Neftçi
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Azersun Arena”.