Xəbər lenti

Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxdu
Ölkə11:53 24.09.2020

Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. 
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 
Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb. 
Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.