
Rio Olimpiadasında bu gün 5 idmançı Azərbaycanı təmsil edəcək.
Qaynarinfo.Az həmin idmançıların adlarını təqdim edir.
17:15 Cüdoçumuz Uşanqi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.
19:15 Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq.
01:15 Boksçu Albert Səlimov 60 kq çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.
01:30 Boksçu Kamran Şahsuvarlı 75 kq çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.
03:40 Çəkicatmada Anna Skidan mübarizəyə başlayacaq.
Qeyd edək ki, Rusiya ilə dünya çempionu olmuş Albert Səlimovdan bu gün qələbə gözlənilir.
Qaynarinfo.Az