Xəbər lenti

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
İdman05:57 03.05.2022

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin bir cavab matçı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. "Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb. 
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu
3 may
23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, "Estadio de la Keramika" stadionu
Digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.
Səbuhi Həsənov