Xəbər lenti

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq
İdman05:11 25.08.2022

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Qaynarinfo xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun 4 səbətə bölünüb.
1-ci səbət: "Real Madrid" (İspaniya), "Ayntraxt" (Frankurt, Almaniya), "Mançester Siti" (İngiltərə),  "Milan" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland)
2-ci səbət: "Liverpul", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Barselona", "Atletiko" (Madrid), "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Leyptsiq" (Almaniya)
3-cü səbət: "Borussiya" (Dortmund) "Bayer" (hər ikisi Almaniya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna), "İnter", "Napoli" (hər ikisi İtaliya), "Benfika" "Sportinq" (hər ikisi Portuqaliya)
4-cü səbət: "Reyncers" (Şotlandiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Marsel" (Fransa), "Kopenhagen" (Danimarka), "Brügge" (Belçika), "Seltik" (Şotlandiya), "Viktoriya" (Plzen, Çexiya), "Makkabi Hayfa" (İsrail)
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.