Xəbər lenti

Bu gün daha 2 medal qazana bilərik
İdman10:05 10.08.2016

Bu gün daha 2 medal qazana bilərik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio Olimpiadasında bu gün daha 2 medal qazana bilərik.

Qaynarinfo.Az xəbər verir ki, ukraynalı legionerimiz, Avropa Oyunlarının bir neçə dəst üzrə qızıl medalının sahibi Oleq Stepko finalda medal qazanmağa əsas namizədlərimizdəndir. Üstəlik, Avropa Oyunlarının digər qalibi, dağıstanlı legionerimiz Abdulqadir Abdullayevin də azı bürünc medalı özünə təmin etmək imkanı var. 

Bu günün proqramına əsasən 5 idmançımız mübarizə aparacaq. Proqramı təqdim edirik:

17:55. Cüdoçu Məmmədəli Mehdiyev rusiyalı Kirill Denisovla 1/16 final görüşündə üz-üzə gələcək.

20:25. Kişilərin 200 metr məsafəyə arxası üstə üzgüçülük yarışına Boris Kirillov qatılacaq.

20:30. Kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə yarımfinal keçidində çıxış edəcək.

20:45. Boksçu Abdulqadir Abdullayev 91 kq çəki dərəcəsində özbəkistanlı Rüstəm Tulaqanovla 1/4 final görüşündə üz-üzə gələcək. Döyüşün qalibi ən azı bürünc medalı təmin edəcək.

23:00. İdman gimnastı Oleq Stepko fərdi çoxnövçülük üzrə final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov gümüş medal qazanıb.

Qaynarinfo.Az