Xəbər lenti

Bu gün daha 5 güləşçimiz xalça üzərinə çıxacaq
İdman07:05 17.08.2021

Bu gün daha 5 güləşçimiz xalça üzərinə çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Təsnifat mərhələsində güləşçilərimizdən Əbülfəz Nəsirov Qazaxıstan təmsilçisi Salamat Məlikovla qarşılaşacaq. Abdulcəlil Şabanov isə moldovalı Dmitri Duskovu mübarizədən kənarlaşdırmağa çalışacaq. 1/8 final mərhələsində isə Tural Bayramov almaniyalı Stas Volfla, Saqadulla Ağayev Qırğızıstan təmsilçisi Stambek Uulu, Aydın Əhmədov isə bolqar güləşçi Georgi İvanovla yarışacaq.
61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan)
74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya)
86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan)
92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova)
125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan)
Səbuhi Həsənov