İsralinin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Qaynarinfo xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxacaq. Kişilərin 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. 24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) / Daniyar Şamşayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq
Azərbaycan yığmasının hesabında hazırda bir medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb.
Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.