İdman 11:21 20.05.2022

Bu gün daha iki taekvondoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün daha 2 taekvondoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq.

Qaynarinfo-nun məlumatına görə Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan yarışda 58 kq çəki dərəcəsində çıxış edən Pərviz İskəndərov və 87 kq-da yer alan Milad Beigi Hərçəqani dayanq üzərinə çıxacaq.

İskəndərov fransalı Sirian Ravetlə, Hərçəqani isə yunanıstanlı Yannis Papadopulosla keçirəcək. Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 70 kq-dakı İmaməddin Xəlilov özbəkistanlı Asilbek Husanovu sınağa çəkəcək.

İlk yarış günündə parataekvondoçulardan Sabir Zeynalov bürünc medal qazanıb.
 
Səbuhi Həsənov