Xəbər lenti

Bu gün "El Klasiko" var
İdman06:31 01.03.2020

Bu gün "El Klasiko" var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İspaniya La Liqasında mövsümün ikinci "El Klasiko"su baş tutacaq.
Qaynarinfo xəbər verir ki, "Real" və "Barselona" XXVI tur çərçivəsində üz-üzə gələcək. Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Görüşdə ədaləti Antonio Lahozun başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
"Barselona" 25 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir. "Real" isə 53 xalla ikinci pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazanacağı halda xal fərqini 5-ə yüksəldərək çempionluq yolunda önəmli addım atacaq. Qonaqlar isə 3 xalı aktivlərinə yazamaqla liderliyi ələ keçirə bilərlər.
Hər iki komanda meydana itkilərlə çıxacaq. "Real"da Marko Asensio və Eden Hazard zədə, Rodriqo qırmızı vərəqə səbəbindən oynamayacaq. "Barselona"da isə Jordi Alba, Osman Dembele, Serj Roberto və Luis Suares zədə səbəbindən "El Klasiko"nu kənardan izləyəcək.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə "Nou Kamp" stadionunda baş tutan oyunda hesab açılmayıb.