
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Qaynar.info xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Püşk zamanı 32 komanda hərəsində 4 klub olmaqla 8 qrupa bölünəcək. Artıq səbətlərin tərkibi də açıqlanıb:
1-ci səbət: "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), PSJ (Fransa), "Zenit" (Rusiya), PSV (Hollandiya).
2-ci səbət: "Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Portu" (Portuqaliya), "Arsenal" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Valensiya" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Mançester Siti" (İngiltərə).
3-cü səbət: "Şaxtyor" (Donetsk, Ukrayna), "Sevilya" (İspaniya), "Lion" (Fransa), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan), CSKA (Moskva, Rusiya), "Qalatasaray" (Türkiyə), "Roma" (İtaliya).
4-cü səbət: BATE (Belarus), "Borussiya" (Münhenqladbax, Almaniya), "Volfsburq" (Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Gent" (Belçika), "Malmö" (İsveç), "Astana" (Qazaxıstan).
Qaynar.info