
Bu gecə UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi məlum olacaq.
Qol.Az-ın məıumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gələcək.
"Land of fire Azerbaijan" formalı "Atletiko" Portuqaliyanın paytaxfı Lissabonda keçirilək oyuna yaxşı əhval-ruhiyədə çıxacaq. Belə ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub. Xatırladaq ki, "Atletiko" indiyədək ÇL-nı qazanmayıb. "Real" isə bu titulu doqquz dəfə əldə edib.
Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
24 may
Çempionlar Liqası, final
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
Qaynar.info