Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək.
Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə dünya çempionatında Azərbaycan da təmsil olunacaq. İlk 3 yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq.
Görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya)
65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan)
79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya)
Səbuhi Həsənov