Xəbər lenti

Bu gün iki qadın güləşçimiz mübarizəyə qoşulacaq
İdman06:54 05.10.2021

Bu gün iki qadın güləşçimiz mübarizəyə qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq. 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.
Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.
Bu gün sərbəst güləşçimiz Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq. 
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri ilə saat 20:00-da start götürəcək.
Hələlik indiyə qədər Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.
Səbuhi Həsənov