Xəbər lenti

Bu gün keçmiş MTN generalı Elçin Quliyevə hökm oxunacaq
Ölkə05:15 30.11.2017

Bu gün keçmiş MTN generalı Elçin Quliyevə hökm oxunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunacaq.
Xatırladaq ki, prokuror çıxışında E.Quliyevin 15 il, A.Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda, onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi istənilib.
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının və cinayət işində adı keçən zərərçəkmişlərin mülki iddiasının təmin olunmasını tələb edib.