Xəbər lenti

Bu gün Konfrans Liqasında klublarımızın rəqibləri müəyyənləşəcək
İdman06:08 21.06.2023

Bu gün Konfrans Liqasında klublarımızın rəqibləri müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə yarışa ikinci təsnifat mərhələsindən başlayan "Neftçi", "Qəbələ" və "Sabah"ın rəqibləri də müəyyənləşəcək. Tədbir Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Püşk zamanı "Neftçi" səpənlənmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər sırasında olacaq.
İkinci mərhələnin 90 komandasından 59-u məlumdur. Digər 31 klub birinci təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.
UEFA Konfrans Liqası, ikinci təsnifat mərhələsi
Səpələnmişlər:
Birinci təsnifat mərhələsindən gələcək 14 cütün qalibi
"Brügge” (Belçika)
"Bazel” (İsveçrə)
"Gent” (Belçika)
"Fənərbağça” (Türkiyə)
ÇFR (Rumıniya)
"Midtüllan” (Danimarka)
PAOK (Yunanıstan)
"Makkabi (Təl-Əviv, İsrail)
"Viktoriya” (Çexiya)
"Budo-Qlimt” (Norveç)
"Lex” (Polşa)
"Hapoel” (Beer-Şeva, İsrail)
"Yurqarden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
"Beşiktaş” (Türkiyə)
MOİK (Bolqarıstan)
"Tvente” (Niderland)
"Riyeka” (Xorvatiya)
"Gimaraeş” (Portuqaliya)
"Styaua” (Rumıniya)
"Legiya” (Polşa)
"Rusenborq” (Norveç)
"Spartak” (Trnava, Slovakiya)
AEK (Larnaka, Kipr)
"Omoniya” (Kipr)
"KuPS” (Finlandiya)
"Neftçi” (Azərbaycan)
"Osiyek” (Xorvatiya)
"Hibernian” (Şotlandiya)
"Aris” (Saloniki, Yunanıstan)
"Austriya” (Avstriya)
Səpələnməmişlər:
I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi
"Petrokub” (Moldova)
"Drita” (Kosovo)
Voyvodina” (Serbiya)
"Adana Demirspor” (Türkiyə)
"Lütsern” (İsveçrə)
"Vorskla” (Ukrayna)
"Bohemians” (Çexiya)
"Orxus” (Danimarka)
"Beytar” (İsrail)
"Hammarbü” (İsveç)
"Kalmar” (İsveç)
"Levski” (Bolqarıstan)
"Kauno” (Litva)
"Poqon” (Polşa)
"Zalaeqerseq” (Macarıstan)
"Keçkemet” (Macarıstan)
"Debretsen” (Macarıstan)
"Sepsi” (Rumıniya)
"Qəbələ” (Azərbaycan)
"Boraç” (Bosniya və Herseqovina)
"MOİK 1948” (Bolqarıstan)
"Sabah” (Azərbaycan)
"Ordabasi” (Qazaxıstan)
"Aktobe” (Qazaxıstan)
"Çelye” (Sloveniya)
"Auda” (Latviya)
"Differdanj” (Lüksemburq)
"Torpedo BelAZ” (Belarus)
Səbuhi Həsənov