Xəbər lenti

İdman 10:24 21.09.2022

Bu gün Millətlər Liqasında bir oyun keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında birinci qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları qarşılaşacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo, "Hempden Park" stadionu

Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4, Ermənistan - 3
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?