Xəbər lenti

Bu gün Naxçıvanda Azərbaycan çempionatı başlayır
İdman09:40 03.11.2016

Bu gün Naxçıvanda Azərbaycan çempionatı başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün voleybol üzrə kişilərlərdən ibarət komandalar arasında Azərbaycan çempionatına start veriləcək.

Qaynarinfo.Az xəbər verir ki, 6 komandanın iştirak etdiyi çempionatın I dövrəsinin oyunları 3-7 noyabr tarixləri arasında Naxçıvanda keçiriləcək.

Saat 14:00-da "Nəqliyyatçı" və "Lokomotiv" komandalarının oyunları ilə çempionata start veriləcək. 16:00-da rəsmi açılış mərasimi, bundan yarım saat sonra isə "Naxçıvan" - "Sumqayıt" oyunu keçiriləcək. Günün son matçında saat 18:00-da "Neftçi" MOİK-lə gücünü sınayacaq. Bütün oyunlar İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, hər dövrə 5 turdan ibarətdir. II dövrənin oyunlarının Sumqayıtda və ya digər bölgələrimizdən birində keçirilməsi gündəmdədir.

Qaynarinfo.Az