Xəbər lenti

Bu gün Olimpiadada ilk medalımızı qazana bilərik
İdman10:15 08.08.2016

Bu gün Olimpiadada ilk medalımızı qazana bilərik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio Olimpiadasında daha 3 idmançımız mübarizəyə qoşulacaq.

Qaynarinfo.Az xəbər verir ki, əvvəlcə Bakı vaxtı ilə saat 17:00-da cüdoda Avropa çempionumuz Rüstəm Orucov (73 kq) tatami üzərinə çıxacaq. O, 116 finaldakı rəqib Faye Njie (Qambiya) - Didar Həmzə (Qazaxıstan) cütünün qalibi olacaq.

Saat 17:20-də Səbinə Mikina (qılıncoynatma) mübarizəyə start verəcək. Onun 116 finaldakı rəqibi tunisli Azza Besbesdir.

20:45-də qızıl medal ümidlərimizdən olan 3-cü boksçumuz mübarizəyə qoşulacaq. Abdulqadir Abdullayev (91 kq) 1/16 final görüşündə fransalı Pol Omba Bionqolo ilə üz-üzə gələcək.

Qaynarinfo.Az