Xəbər lenti

Bu gün "Sabah"la "Beşiktaş" arasında yoldaşlıq matçı keçiriləcək
İdman08:46 13.05.2023

Bu gün "Sabah"la "Beşiktaş" arasında yoldaşlıq matçı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Sabah"la Türkiyənin məşhur klublarından olan "Beşiktaş" arasında yoldaşlıq matçı keçiriləcək.
 
Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qardaşlıq görüşü xeyriyyə məqsədi daşıyır. Oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Qarşılaşmanın Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
13 may
Yoldaşlıq görüşü 
18:00. "Sabah" - "Beşiktaş"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
Səbuhi Həsənov