Bu gün 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri olan Pərviz Nağıyevin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, Pərviz Nağıyev yaşasa idi bu gün 31 yaşını qeyd edəcəkdi.
O 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Pərviz Nağıyev sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayan şəhidimiz 22 may 2021-ci ildə Tovuz rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
P.Nağıyev ailəli olub, 6 və 4 yaşında oğulları yadigar qalıb.