Xəbər lenti

Bu həftə Qəbələ rayonunun sahibkarları dinlənildi (FOTO)
Ekonomiks13:59 15.11.2023

Bu həftə Qəbələ rayonunun sahibkarları dinlənildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatala RQİİ-nin baş mühəndisinin açıq elan etdiyi "Səyyar qəbul otağı" bu həftə Qəbələ rayonunda təşkil olunub. KOBİA nümayəndəsinin də məsləhət və tövsiyəsindən sonra mikrofon sahibkarların ixtiyarına verilib.
 
44 günlük Vətən müharibəsi iştirakçısı Sahil Rəsulzadə icarəyə götürdüyü, Orxan Şirinbəyli isə yeni inşa etdirdiyi şəxsi obyektinin qazlaşmasını xahiş edib.
Çıxış edən digər sahibkar Ceyhun Rəsulov debitor borcun ödənilməsində cari ilin sonunadək Birlikdən möhlət verilməsini istəyib.
Zaqatala RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı sahibkarlara ətraflı məlumat verərək qeydiyyat aparıblar.