Xəbər lenti

“Bu hesabatı erməni lobbisi hazırlayıb” - Asim Mollazadə
Siyasət09:56 30.07.2015

“Bu hesabatı erməni lobbisi hazırlayıb” - Asim Mollazadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda jurnalistlərin qohumlarına qarşı təzyiqlər barədə bəyanat verib:
“Biz Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və sivil cəmiyyət fəallarının həbslərindən dərin narahatlıq keçiririk. Biz Azərbaycan hökumətinə təkid edirik ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin”, - deyə mətbuat idarəsinin "Amerikanın Səsi"nin sualına cavabda verdiyi bəyanatda bildirilir.
Moderator.az-a açıqlama verən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dövlət Departamentinin hesabatını qərəzli adlandırıb: “Hesab edirəm ki, Dövlət Departamentinin narahatçılığına heç bir əsas yoxdur. Yaxşı olar ki, ABŞ İrəvanın mərkəzində polisin güc tətbiq etdiyi yüzlərlə insanın taleyi ilə maraqlansın. Ermənistanda davam edən etirazlar zamanı həbs olunan insanların sayı - hesabı yoxdur. Amma Department bununla bağlı heç nə demir. Yaxud da ermənilərin öldürdüyü, girov götürdüyü həmyerlilərimizlə bağlı da onlar narahatlıqlarını bildirməyiblər. Bu hesabatı hazırlayan erməni lobbisidir. Onlar Ermənistandakı vəziyyətə göz yumub, ölkəmizə qarşı kampaniya aparırlar”
Qaynar.info