Xəbər lenti

Bu il neft neçəyə olacaq?
Ekonomiks09:12 19.01.2019

Bu il neft neçəyə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq.
Bunu Trend-ə rusiyalı ekspert Leonid Xazanov deyib.
Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barrel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ "qara qızıl”ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir:
"Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz”.
O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.