Ölkə 19:16 31.12.2022

Bu il Qarabağda nə qədər mina aşkarlanıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə bu il ərzində 12 313 mina aşkarlayıb.

Bu barədə Qaynarinfo-ya ANAMA-dan məlumat verilib.

Bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.