Xəbər lenti

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız adları (SİYAHI)
Ölkə 18:04 05.09.2025

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız adları (SİYAHI)

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-avqust aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

Rəsmi məlumata görə, 2025-ci il ərzində 802 oğlan uşağına Uğur, 533 qız uşağına isə Zəhra adı qoyulub.

Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (534), üçüncü yerdə isə Əli (517) gəlir.

Qız adlarının siyahısında ikinci yer Məryəmə (510), üçüncü yer isə Zeynəbə (508) məxsusdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->