Avropa İttifaqına üzv olan Cənubi Kiprin Səudiyyə Ərəbistanının kral ailəsinə vətəndaşlıq satdığı ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə görə Cənubi Kipr Aİ pasportlarını investisiya qarşılığında satıb. Məlumatda bildilir ki, Səudiyyə şahzadəsi Səud ibn Əbdülmöhsün ibn Əbdüləziz Əl Səud Aİ pasportunu 2017-ci ildə alıb və 5 ay sonra da arvadların biri və 5 uşağına vətəndaşlıq verilib.
Yerli mətbuat sözügedən hesablaşmanın Cənubi Kipr lideri Nikos Anastasiadisin Səudiyyə Ərəbistanına səfərindən qısa müddət sonra olduğunu yazıb.
Bildirilir ki, Cəubi Kipr 2013-cü ildən bəri pasport satışından 6,6 milyard avro gəlir əldə edib. Bu da ümumdaxili məhsulun 1,2 faizini təşkil edir. Hazırda Aİ vətəndaşı almaq üçün növbədə 700 nəfərin olduğu deyilir.
Qeyd edək ki, Cənubi Kipr vətəndaşı olmaq üçün 2,5 milyon avro investisiya qoyma tələb olunur.
Camal