Xəbər lenti

Bu ölkə Bakıda karatedən daha çox medal qazanmaq istəyir
İdman10:28 09.03.2017

Bu ölkə Bakıda karatedən daha çox medal qazanmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Malayziyanın nümayəndə heyətinin tərkibinə 58 nəfər, o cümlədən 37 idmançı daxil olacaq.

Bu barədə "Report"a Malayziya Milli Olimpiya Komitəsindən məlumat veriblər.

MOK-dan qeyd ediblər ki, İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyirlər.

Vurğulanıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Qaynar.Az