
ABŞ prezidenti Barak Obamanın təhlükəsizlik səbəbindən "iPhone" istifadə etmədiyini açıqlamasından sonra rus millət vəkilləri və təhlükəsizlik orqanları məmurların xarici telefonlardan istifadəsini qadağan etmək üçün hərəkətə keçiblər.
Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə Dumada yeni qanun layihəsi hazırlığına başlanılıb.
Məsələ ilə bağlı açıqlama verən rus millət vəkili Ruslan Qattarov bunun əvəzində Rusiya istehsalı olan yeni "YotaPhone" mobil telefonların istifadə edilməsinin daha məqsədəuyğun olduğunu deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada satışa çıxarılan "YotaPhone" ilk olaraq baş nazir Dmitri Medvedyevə hədiyyə olunmuşdu.
Qaynar.info