Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra Qvineya yığmasının iki idmançısı ölkəsinə qayıtmayıb.
Barədə Qvineyanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Ateb Şalub məlumat verib.
Oyunlara 5 idmançı ilə qatılan Afrika ölkəsinin bayraqdarı, üzgüçü Amadu Kamara və cüdoçu Mamadama Banqura Olimpiya Oyunlarından sonra Braziliyada qalıblar.
Onların mühacir statusu almaq istədiyi bildirilir. (oxu.az)
Qaynarinfo.Az