Xəbər lenti

Bu ölkənin qızları da oğlanları kimi oynayır
İdman13:29 09.06.2016

Bu ölkənin qızları da oğlanları kimi oynayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rumıniyada 19 yaşadək futbolçu qızlardan ibarət yığmalar (U-19) arasında UEFA-nın təşkil etdiyi İnkişaf turniri bu gün start götürüb.

Qaynarinfo.az xəbər verir ki, Azərbaycan millisi meydan sahibi Rumıniya ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamız sabah Sloveniya ilə qarşılaşacaq.

Maraqlıdır ki, elə oğlanlardan ibarət U-19 yığması da qızlardan heç nə ilə seçilmir. Belə ki, bu komanda da dünən Bakı Olimpiya Stadionunda Belarusun U-19-na 1:4 hesabı ilə uduzub. Halbuki 32-ci dəqiqədə belaruslular azərbaycanlı baş hakim Rauf Cabbarovun qırmızı vərəqəsinə əsasən azlıqda qalıbmış. Buna baxmayaraq, qonaqlar Nazim Süleymanovun yetirmələrinə 10 nəfərlə 3 qol vurmağı bacarıb. Tərəflər sabah yenə görüşəcək. Bu dəfə necə olacaq, bunu Nazim bəy daha yaxşı bilər...

Qaynarinfo.az