
Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.
Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib.
O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam həllini tapmayıb.Qaynarinfo.Az