Xəbər lenti

Bu məhsul tezliklə ucuzlaşacaq, amma...
Ekonomiks 11:40 15.06.2024

Bu məhsul tezliklə ucuzlaşacaq, amma...

"Yaxın günlərdə pomidorun qiymətində azalma müşahidə olunacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Əli Əlirzayev deyib. O bildirib ki, bununla belə, pomidorun qiyməti heç vaxt ötən ilki səviyyəsinə enməyəcək:

"Gözləməyin ki, 2 kilosu 1 manata, yaxud da yeşiyi 7 manata pomodor ala biləsiniz. Qiymət bölgələrə görə təyin edilir və keyfiyətə görə dəyişir".

Əli Əlirzayev hesab edir ki, heç bir sahibkara qiymətin aşağı endirilməsi ilə bağlı göstəriş vermək olmaz:



"Qiyməti bazar diqqtə edir. Amma onun tənzimlənməsi dövlətin siyasətidir. Bütün məhsulların qiymətində qalxma müşahidə olunur. Gəlirlərin qalxması ilə qiymətin qalxması arasında əlaqə olmalıdır. Qiymət məsələsi Azərbaycanda istehsaldan asılı deyil. Eyni zamanda ixrac və idxaldan da asılıdır. Hansı məhsullıar ki, xarici ölkələrdən gətirilir, onların qiyməti qalxan kimi bu Azərbaycanda da hiss edilir. Bəzi məhsulların qiyməti tənzimlənməlidir".

Ekspertin sözlərinə görə, pomidorun qiymətinin yüksək olması aşağıdakı faktorlardan da asılı ola bilər:

"Pomidorun ola bilsin istehsalı da azdır, bu da bir başa qiymətə təsir edir. Yaxud da pomidora çəkilən xərclər çoxalan kimi bunu onun qiymətində özünün göstərir. Odur ki, bu gün pomidorun qiymətinə kompleks yanaşmaq lazımdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->