Xəbər lenti

“Bu mənə genetik olaraq ötürülüb” - Elman Rüstəmovun qızı
Ölkə13:54 27.02.2015

“Bu mənə genetik olaraq ötürülüb” - Elman Rüstəmovun qızı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gyunel” moda evinin sahibi Günel Rüstəmova dəb və səyahət saytı olan “suitcasemag”a müsahibə verib. 

“Qafqazinfo” xəbər verir ki, gənc dizayner müsahibəsində rəssamlığın ona genetik olaraq keçdiyini bildirib: “Mənim anam çoxlu rəsmlər çəkir və bu istedadını mənə də ötürüb. Nənəm kitabxanaçı olsa da, hobbisi xalça toxumaqdır. O, gündə 8-9 saatını toxumağa sərf edə bilər, baxmayaraq ki, kürək ağrıları var. Mən sənət üçün əzab çəkə biləcək qadınlarla böyümüşəm. Düşünürəm ki, bu mənim DNK-dadır, genetic olaraq ötürülüb”.

Bakıda ən sevdiyi məkana gəlincə, qədim şəhərdə yerləşən şair Əliağa Vahidin heykəlini deyir: “Mən dəli kimi onun ətrafında saatlarla fırlanırdım”. 

G.Rüstəmovanın fikrincə,Bakı alternativ dəb şəhəri ola bilər: “Bunun üçün potensial var. Mən Azərbaycan İncəsənət Akademiyasında mühazirə deyəndə texniki və yaradıcı cəhətdən çoxlu istedadlı dizaynerlər gördüm və arzu edirəm ki, bu sənaye orada da inkişaf etsin”.

Qaynar.info